2025-ci ilin sonunadək qeyri-neft ixracı iki dəfə artacaq

2025-ci ilin sonunadək qeyri-neft ixracı iki dəfə artacaq
  02 Dekabr 2020    Oxunub:2169
2025-ci ilin sonunadək Azərbaycanda qeyri-neft ixracının iki dəfə artaraq 3,6 milyard dollar olacağı proqnozlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib.

O bildirib ki, bu ilin sonuna qeyri-neft ixracının ötən illə müqayisədə 7,5-8 faiz azalaraq 1,85 milyard dollar təşkil edəcəyi gözlənilir. Milli İxrac Strategiyası çərçivəsində məqsəd 2025-ci ilin sonunadək qeyri-neft ixracını iki dəfəyədək artırmaqdır.

Azvision.az


Teqlər: AZPROMO  





Xəbər lenti