Bakı meriyası kimə "atıb"? - MEDİA DAYCEST

Bakı meriyası kimə "atıb"? - MEDİA DAYCEST
  21 Yanvar 2013    Oxunub:2935
Yeni Müsavat

[B]Müxalifətin qapalı görüşlərinin aşkar tərəfləri[/B]

Müxalifətdaxili görüşlər qapalı deyil, açıq şəkildə həyata keçirilir. Bunların özündə də bir siyasi texnologiya elementləri hiss edilməkdədir. Prezidentliyə real namizədlər bununla güclərini nümayiş etdirmiş olurlar. Belə ki, müxtəlif müxalifət partiyalarında fəaliyyət göstərən gənclər bir sıra hallarda daha çox təqiblərə məruz qalırlar. Odur ki, onların müstəqil fəaliyyət göstərməsi etiraz elektoratına yaxın olan gənclərin təşkilatlanması ilə müşayiət olunur ki, bu, istənilən halda müsbət hal kimi dəyərləndirilə bilər. Məhz gənclərin əsgər ölümləri ilə bağlı son aksiyası AXCP, Müsavat və digər partiyaları da radikal mövqe sərgiləməyə vadar edir. “Əsgər ölümlərinə son!” aksiyası Azərbaycan cəmiyyətində müəyyən mənada durğunluğa son qoymaqla yanaşı, ölkədə yeni növ aksiyalara - sosial şəbəkələrdə protest elektoratının səfərbər olunmasında yeni dönüş nöqtəsi oldu. Göründüyü kimi, vəziyyət yenidən müxalifətin xeyrinə işləməyə başlayır.

[B]Naxçıvan xanı “fövqəlnazir”ə qarşı[/B]

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov arasında bir müddət əvvəl başlayan soyuq müharibə hələ də davam edir. Vasif Talıbovun sərəncamına əsasən həmin ərazidə tarixi tapıntıların nümayiş olunacağı ev muzeyi tikiləcəkmiş. Ali Məclisdə Kəmaləddin Heydərova yaxın olan İbrahim adlı şəxsin vasitəsi ilə FH nazirinin əlinə keçən bu ərazi ilə bağlı isə Vasif Talıbov rəy verilməsinə qarşı çıxıb. Məlumata görə, bu məsələ ilə bağlı Vasif Talıbov ilə Kəmaləddin Heydərov arasında kəskin telefon danışıqları da olub. Tərəflərin ikinci görüşü Naxçıvanda baş tutub. V.Talıbov bu görüşdə FH nazirinə çatdırıb ki, ərazidə diplomat və xarici qonaqlar üçün “Qonaq evi” tikiləcək. Bu məsələdən ölkə başçısının da xəbəri var. Əgər burada hər hansı bir yaşayış evi tikilsə, prezident İlham Əliyev də bunu xoş qarşılamayacaq. Lakin Ölkə paytaxtında böyük gücə malik olan K. Heydərovun cavabı isə ağır nəticələrə gətirib çıxarıb. İddialara görə, Vasif Talıbova və onun qardaşı Məhərrəm Talıbova məxsus bütün obyektlərdə FHN total yoxlamalar aparıb. Nəticədə məlum olub ki, Talıbovların obyektləri tikinti və yanğın təhlükəsizliyinə kobud surətdə əməl etməyiblərmiş. Onların hamısı cərimələnib. Məhərrəm Talıbova məxsus “Gəmiqaya holding”də də ötən il ərzində Kəmaləddin Heydərovun göstərişi ilə bir neçə dövlət strukturu yoxlamalar həyata keçirib.

[B]Müsavatdan AXCP-yə sərt cavab[/B]

Müsavat Məclisi partiya başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyib rəsmi qərar verdikdən sonra AXCP rəsmilərinin anti-Müsavat, anti-İsa Qəmbər mövqeli açıqlamalarına daha tez-tez rast gəlinir. Əslində AXCP sədri Əli Kərimlinin İctimai Palatanın son toplantısında Müsavat başqanını rəsmi namizəd olması münasibətilə təbrik etməsindən sonra AXCP-dən Müsavata qarşı namizədliklə bağlı hücumlara moratorium qoyulacağı gözlənilsə də, bu, baş vermədi. AXCP-nin sədr müavini Asəf Quliyevin son müsahibəsində yenə də Müsavat başqanına hücum xarakterli mövqelərə rast gəlinir. Müsavat Məclisinin sədri Arzu Səmədbəyli hesab edir ki, AXCP rəhbərliyinin mövqeyi müttəfiqlik münasibətlərinə yaraşan açıqlamalar deyil: Ən azı dostlarımız, müttəfiqlərimiz səmimi görünmürlər. Biz istər Müsavat Partiyasının Divanında, istər Məclisində, istərsə də İctimai Palatanın sessiyasında yekdil qərarı almışıq. A.Səmədbəyli bildirdi ki, hər kəs özünün aldığı qərarına uyğun olaraq fəaliyyət göstərir:



[B]“Milyarderlər ittifaqı”nın yaradılması hakimiyyətə mesaj kimi qəbul olunmalıdır[/B]

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu Azərbaycanda və ölkəmizin yerləşdiyi regionda cərəyan edən proseslərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. O bildirib ki, Bu gün Rusiya ilə Türkiyənin münasibətləri o qədər yüksək səviyyədədir və bu məsələdə üstünlük də Ankaradadır. Ona görə də Azərbaycan ətrafında hərbi aktivləşmələr ölkəmizə o qədər də aidiyyəti olmayan məsələlərdir. “Milyarderlər ittifaqı”nın yaradılmasının da Azərbaycan hakimiyyətinə təzyiq olduğu deyilir. Bu, Azərbaycan hakimiyyətinə mesaj vermənin variantlarından biri kimi qəbul olunmalıdır. Yəni mesaj verdi və özünə görə də müəyyən bir cavablar da aldı. Diqqət etdinizsə, “Milyarderlər ittifaqı”ndan biri çıxdı Kremlin adından danışdı, götürdülər atdılar bayıra. Düşünmürəm ki, bu gün Kremldə rəsmi Bakı ilə bağlı bəd niyyət var. Burda konkret söhbət Azərbaycandan getmir. Gedən proseslərin içərisində Rusiyanın MDB məkanında reallaşdırmaq istədiyi layihələr var.

[B]Elşad Abdullayev adam oğrularından danışdı[/B]

Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev MTN mayoru olan qardaşı Mahir Abdullayevin itkin düşməsi, cinayətin əsas şahidlərinin aradan götürülməsi haqda ilginc açıqlamalar verib. “Azadlıq” qəzeti yazır ki, E.Abdullayev istintaqın gedişindən narazılığını ifadə edib. E.Abdullayev bildirib ki, ətrafında baş verən olaylara şahidlik edə biləcək 8 nəfər aradan götürülüb: “Mahir Abdullayevin oğurlanması ilə bağlı cinayətin şahidlərindən 8-i Sevinc Babayevasayağı aradan götürülüb. Dekabrın 26-da Türkiyədə dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan da dedi ki, anamı Gülər Əhmədova zəhərləyib. Aydın məsələdir ki, bu cür dərmanlar xüsusi xidmət orqanlarında qeydiyyatda olur. Qardaşım Eldəniz Abdullayevə də bu dərmandan verildi və o, cəmi bir günə öz təsirini göstərdi. Aradan götürülən 8 əsas şahiddən biri Zahid Dünyamalıyevdir”. E.Abdullayev daxili işlər nazirinin müavini Z.Dünyamalıyev öldürüləndən sonra qardaşının oğurlanması ilə bağlı əhəmiyyətli sübutların yox edildiyini, işdə əhəmiyyətsiz sənədlərin saxlanıldığını deyib.



[B]Bakı Xəbər[/B]

[B]Sevinc Babayevanın Türkiyədə görüşdüyü otel sahibi Azərbaycana gətirilə bilər[/B]

Məqalədə qeyd olunur ki, Elşad Abdullayevin yaydığı videoqalmaqaldan dərhal sonra Türkiyəyə qaçırılan Sevinc Babayeva ölümündən 2 gün əvvəl dəhşətli işgəncəyə məruz qalıb və vəhşicəsinə döyülüb. Təfərrüatlara gəldikdə isə bildirilir ki, Türkiyədə Gülər Əhmədovanın adamı sayılan Səlcuq Ağlayan adlı şəxs qarşılamışdır. Azərbaycan prokurorluğunun yaydığı məlumatda adı keçən S.Ağlayanın 40 yaşlarında, kürd əsilli iş adamı olduğu söylənilir. Hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Səlcuq Ağlayan şahid qismində istintaqa cəlb oluna bilər.

[B] [/B]

[B]Azadlıq[/B]

[B]Müsavatdan ADP sədrinin ittihamına cavab[/B]

“Müsavat başqanı İsa Qəmbərin taktikası seçkini İlham Əliyevə qanuni uduzmaq taktikasıdır”. Bunu, ADP sədri Sərdar Cəlaloğlu “Bizim Yol”a müsahibəsində deyib. S.Cəlaloğlu hesab edir ki, artıq oyun uduzulub və burada əsas günahkar Müsavat Partiyasıdır. Cümşüd Nuriyev, Fazil Mustafa kimi hakimiyyətə loyal şəxslərin İsa Qəmbəri vahid namizəd kimi görməsi ilə bağlı suala isə S.Cəlaloğlunun cavabı belə olub: “Əgər doğrudan da hakimiyyət ətrafındakı qüvvələr İsa Qəmbəri dəstəkləyirlərsə, deməli, Müsavat başqanının taktikası hakimiyyətin maraqlarına uyğundur.

Müsavat başqanının müavini Tofiq Yaqublu S.Cəlaloğlunun yanaşmasının obyektiv olmadığını deyir: “Seçkilərə hələ 9 ay qalıb, amma bu adam deyir ki, artıq seçkilər uduzulub. Cəmiyyətdə 2013 seçkiləri ilə bağlı ümid yarandığı, proseslərin sürətlə dərinləşdiyi, beynəlxalq aləmin demokratikləşməni Azərbaycana da yaxınlaşdırdığı bir vaxtda belə bir açıqlama vermək qeyri-obyektivlikdən başqa bir şey deyil.

[B] [/B]

[B]Gündəm xəbər[/B]

[B]Eldar Əzizovdan müxalifət qəzetlərinə qadağa[/B]

Son vaxtlar Sumqayıt şəhərində müxalifət və müstəqil qəzetləri əldə etmək olduqca çətinləşib. Qəzet köşklərinin birində çalışan şəxs bildirib ki, Sumqayıtın icra başçısı Eldar Əzizov müxalifət qəzetləri: “Azadlıq”, “Yeni Müsavat”, “Gündəm xəbər”in vitrindən asılmasına qadağa qoyub.

[B]İsa Qəmbərə sui-qəsd cəhdi[/B]

Dünən Müsavat başqanı İsa Qəmbərin kortejinə Lənkəran şəhərində hücum olub. Lənkəran şəhərinin girişində 4 ədəd “Qaz El” və 5-6 minik avtomobili İsa Qəmbərin kortejinin qarşısını kəsib. Daha sonra 100-ya yaxın şəxs İsa Qəmbərin əyləşdiyi avtomibilə hücum edib, güzgüləri sındırıb. Hadisə zamanı başqan müavini Gülağa Aslanlıya xəsarət yetirilib, keçmiş vicdan məhbusu Ülvi Quliyev qəddarlıqla döyülüb, hadisəni lentə alan jurnalist Mehman Kərimov isə naməlum istiqamətdə aparılıb. Nəticədə Müsavat başqanı daha böyük qarşıdurma olmasın deyə Lənkərandan geri qayıdıb.

[B]Bakı meriyası mülkiyyətçiyə “atıb” [/B]

Təxminən dörd il əvvəl Neftçilər prospekti 95/97 ünvanında yerləşən evindən qanunsuz olaraq çıxarılmış Bakı sakini Qurban Əliyev indiyədək kompensasiya almayıb və harada gəldi yaşayır. Şəhərin görkəmli yerində yaşayan Q.Əliyevi xəbərdar ediblər ki, bu yer yüksək vəzifəli dövlət məmurunun xoşuna gəlib, lakin onun adı indiyədək açıqlanmır. Şikayətçi YUNESKO-nun memarlıq abidələri siyahısına daxil edilən və dövlət tərəfindən qorunan evdəki mənzilinə görə yarım milyon manat istəyəndə bundan imtina ediblər. Polislər gələrək bütün ailəni əşyaları ilə birlikdə bayıra atıblar, sonra fəhlələr binanı söküblər. Meriya məhkəmələrdə bu hərəkətinə binanın qəzalı vəziyyətdə olması və FHN-in rəyi ilə haqq qazandırıb. Məhkəmələr bunu əsas kimi götürərək 370 min manat məbləğində kompensasiya müəyyən ediblər. Lakin paytaxt İcra Hakimiyyəti bu qiyməti olduqca yüksək hesab edir və ödəməkdən imtina edir.


Teqlər:





Xəbər lenti