Füzuli Ələkbərovun oğlu məhkəmədə ifadə verdi
V. Ələkbərov bildirib ki, “Çıraq” oteli onun adına olsa da, turizm şirkətlərindən birinə icarəyə verib. O, hadisələr baş verən zaman Bakıda olduğunu, hadisələr barədə televiziyadan xəbər tutduğunu və hər hansı mülki iddiasının olmadığını deyib.
E. Ələkbərov da hadisələr baş verəndə Bakıda olduğunu deyib. O, təqsirləndirilənlərdən Cəfər adlı şəxsin onun evinin və maşının insanlar tərəfindən yandırılmasının qarşısını almağa kömək etdiyindən xəbəri olduğunu və hər hansı mülki iddiasının olmadığını qeyd edib. Daha sonra prosesdə hadisələrlə bağlı videolar nümayiş etdirilib. Bundan sonra fasilə elan olunub.
İclas günün ikinci yarısında davam etdiriləcək.
Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, ötən il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Teqlər: