Mərkəzi Bank 100 milyon manat cəlb edir

Mərkəzi Bank 100 milyon manat cəlb edir
  04 Dekabr 2020    Oxunub:2338
Dekabrın 7-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən Azvision.az -a bildirilib ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Məbləğin artırıla bilən hissəsi hərrac məbləğinin maksimum 20 faizidir. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01-6,49 faiz təşkil edir.

Azvision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti