Şirkətlər "YAŞAT" Fonduna ianə ayırdılar

Şirkətlər "YAŞAT" Fonduna ianə ayırdılar
  09 Dekabr 2020    Oxunub:1948
Qida məhsullarının istehsalı və satışı üzrə fəaliyyət göstərən “AZZA” QSC ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 200 min manat ianə köçürmək barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, “AZZA” QSC dünəndən ayrılan ianənin Fondun bank hesabına köçürülməsi işlərinə başlayıb.

Qeyd edək ki, “AZZA” “YAŞAT” Fonduna yardım edən ilk şirkətdir. Bundan başqa “Mrfix” şirkəti də “YAŞAT” Fonduna 100 min manat vəsait ayırıb.

Xatırladaq ki, dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. Fond sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Azvision.az



Teqlər: YAŞAT   Şirkət   İanə  





Xəbər lenti