AQTA-da Monqolustan nümayəndə heyətilə görüş keçirildi

AQTA-da Monqolustan nümayəndə heyətilə görüş keçirildi
  09 Dekabr 2020    Oxunub:1387
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Monqolustan dövlətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, Monqolustanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanla görüşən AQTA-nın sədr müavini Balarəhim Quliyev qurumun fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətinə məlumat verib.

Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azvision.az


Teqlər: AQTA   Görüş  





Xəbər lenti