ARDNŞ büdcə ödənişlərini 29% artırıb

ARDNŞ büdcə ödənişlərini 29% artırıb
  11 Fevral 2014    Oxunub:1543
ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 497 min manat vəsait köçürüb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2014-cü ilin yanvar ayında dövlət büdcəsinə 173 milyon 578 min manat vəsait ödəyib.

AzVision.az Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin saytına istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar ayına nisbətən 39 milyon 347 min manat və ya 29,3 faiz çox olub.

Bundan əlavə, cari ilin yanvar ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 497 min manat vəsait köçürüb ki, bu da 2013-cü ilin yanvar ayına nisbətən 730 min manat və ya 105,7 faiz çox olub.


Teqlər:





Xəbər lenti