Azərbaycanda təbii qaz istehsalı 6,4 faiz artıb

Azərbaycanda təbii qaz istehsalı 6,4 faiz artıb
  11 Dekabr 2020    Oxunub:1630
Azərbaycanda neft hasilatı 7,8 faiz azalıb, təbii qaz istehsalı isə 6,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az sənaye məhsulu istehsal edilib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,4 faiz azalması hesabına baş verib.

Sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,8 faiz azalıb, əmtəəlik təbii qaz istehsalı isə 6,4 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,9 faiz azalıb.

Azvision.az


Teqlər: Neft   Qaz   Hasilat  





Xəbər lenti