11 ayda ÜDM istehsalı azalıb

11 ayda ÜDM istehsalı azalıb
  11 Dekabr 2020    Oxunub:2045
Cari ilin yanvar-noyabr aylarında ölkədə 64 milyard 709,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz, neft-qaz sektorunda isə 6,5 faiz azalıb. ÜDM istehsalının 34 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 6485,7 manata bərabər olub.

Azvision.az


Teqlər: ÜDM   İstehsal  





Xəbər lenti