Füzuli Ələkbərovun oğlu İsmayıllı məhbuslarını dəstəklədi
AzVision.az-ın məlumatına görə, keçmiş icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərov çıxış edib: “Mənim dəqiq bildiyimə görə, hadisələr vaxtı mənə məxsus evin yandırılmasının qarşısını Səftər Ağamalıyev alıb. Ancaq bəzi kütləvi informasiya vasitələri bunu başqa cür Cəfər, Muxtar, Sərdar kimi yazıblar. Xahiş edirik dəqiqləşdirin, insanlar inciyir. Çünki onların həyatından söhbət gedir”-deyə, E.Ələkbərov qeyd edib.
Eləcə də Vüqar Ələkbərov qeyd edib ki, Anar Həsənov həmişə onlara dəstək olub və ona qarşı və bütövlükdə təqsirləndirilən şəxslərə qarşı hər hansı mülki iddiaları yoxdur.
Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, ötən il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Anar Rüstəmov