İran neft hasilatını artırmaq üçün OPEC-dən icazə almayacaq

   İran neft hasilatını artırmaq üçün OPEC-dən icazə almayacaq
  14 Dekabr 2020    Oxunub:1714
Rəsmi Tehran gələn il neft hasilatını artırmaq üçün OPEC-dən hər hansı bir icazə almaq niyyətində deyil.
Azvision.az -ın məlumatına görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib. O əlavə edib ki, İran neftinin yarısından çoxu ixrac ediləcək, qalan hissəsi daxili istehlak üçün nəzərdə tutulub.

"İcazəyə ehtiyac yoxdur, bu bizim hüququmuzdur, amma problem yoxdur, neft hasilatını artırmaq üçün heç kimdən icazə istəməyəcəyik. Əlbətdə gözləmək lazımdır".

Bundan əvvəl, "İRNA" agentliyinə müsahibə verən nazir bildirib ki, 2021-ci ilin martından başlayaraq İran gündə 4,5 milyon barel neft və qaz kondensatı istehsal etmək niyyətindədir.

Azvision.az



Teqlər: İran   OPEC  





Xəbər lenti