Azərbaycanın gənclər siyasəti müzakirə olundu
AzVision.az xəbər verir ki, Əlaqələndirmə Şurasının sədri gənclər və idman naziri Azad Rəhimovun sədirliyi ilə keçirilən iclasda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində görülmüş işlər haqqında hesabat veriləcək, əldə olunmuş uğurlar, problemlər və çətinliklər müzakirə olunaq, həmçinin gələcək planlara dair fikir mübadiləsi aparılır. Əlaqələndirmə Şurası Dövlət Proqramının 4-cü fəslinə uyğun olaraq yaradılmış və onun üzvləri aidiyyəti üzrə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq və ictimai təşkilatların təmsilçiləridir. Əlaqələndirmə Şurasında 32 nəfər dövlət qurumlarını, 3 nəfər Milli Məclisi, 3 nəfər beynəlxalq təşkilatları və 19 nəfər gənclər təşkilatlarını təmsil edir. Dövlət qurumları əsasən nazir müavinləri səviyyəsində təmsil olunur. Çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlarından və ötən dövrdə görülən işlərdən danışıb.
Nihadə Eyyubova
Teqlər: