"Kapital Bank" YAŞAT Fonduna yarım milyon köçürdü

"Kapital Bank" YAŞAT Fonduna yarım milyon köçürdü
  15 Dekabr 2020    Oxunub:1920
“Kapital Bank” ASC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan YAŞAT Fonduna vəsait ayırıb.
Bank fondun hesabına yardım məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

Ölkə prezidentinin 8 dekabr 2020-ci il fərmanı ilə yaradılan YAŞAT Fondunun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsidir. Artıq Fondun milli və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi “Kapital Bank” da müəyyən məbləği qeyd olunan hesaba köçürüb. Bankın daxil olduğu “PAŞA Holdinq”in şirkətləri isə Fonda ümumilikdə 2 milyon manat vəsait ianə edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Azvision.az


Teqlər: KapitalBank   YAŞAT  





Xəbər lenti