Müsavatdan qurultayla bağlı Abutalıbova müraciət

Müsavatdan qurultayla bağlı Abutalıbova müraciət
  11 Fevral 2014    Oxunub:1108
Müsavat Partiyası qurultay keçirilməsi üçün yerin ayrılması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.
Partiyanın mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, məktubda qurultayın vaxtı və icra hakimiyyətinə əvvəlki illərdəki müraciətlərlə bağlı məluimat verilir. Qeyd olunur ki, partiyanın qurultayı üçün uyğun zallardan biri ayrılsın:

“Sizdən Azərbaycan Respublikası Konstitusiyasının və “Siyasi partiyalar haqqında” qanunun tələblərini yerinə yetirərək, 800-1000 nəfərin iştirakı ilə 24 may 2014-cü il tarixində səhər saat 1000-dan 2000-dək Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün bizə Bakı şəhərinin uyğun iclas zallarının birinin ayrılmasına yardımçı olmanızı xahiş edirik.

Əgər bizim təklif etdiyimiz yerlərdən başqa bir yer ayırmaq fikiriniz olarsa, bu məsələni qarşılıqlı müzakirə yolu ilə həll etməyə hazır olduğumuzu bir daha bəyan edirik”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti