Təhsil Nazirliyindən jurnalistlər üçün müsabiqə
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində KIV-də fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. İnformasiya agentliklərində və xəbər portallarında işləyən jurnalistlər öz yazılarını işlədikləri KİV-in rəsmi internet saytında yerləşdirməlidirlər. Sənədlərin qəbulu 11 fevral tarixindən başlayır, 11 mart tarixində başa çatır. Sənədlər rəsmi iş günləri saat 10:00-dan 16:00-dək qəbul olunur.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılmasına gəlincə, hər istiqamət üzrə I yer - (5 nəfər) 1000 manat, II yer - (5 nəfər) 700 manat, III yer - (5 nəfər) 500 manat, həvəsləndirici mükafat - (ümumilikdə 10 nəfər) 200 manat məbləğində təltif ediləcək. Qaliblər həmçinin Təhsil Nazirliyi, KİVDF və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar.
AzVision.az