`ASAN Azərbaycanın ən böyük uğurlarından biridir`
Bu addımı yüksək dəyərləndirən BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, ev sənədlərinin "ASAN xidmətə" verilməsi səlahiyyətini çox yüksən addım kimi xarakterizə edir: ` 20 ilə yaxındır ki, aktiv siyasətlə məşğul oluram . Həm də 14 ildir ki, Bələdiyyə üzvüyəm. Və Bələdiyyədə yüksən vəzifələr daşımışam. Həqiqətən də, ASAN xidmət Azərbaycanın son illərdə qazandığı ən böyük uğurlarından biridir. Ən çox da kasıb təbəqənin birbaşa maraqlarına xidmət edir. Prezidentin bu sərəncamını yüksək addımı kimi dəyərləndirirəm".