UEFA-ya qarşı XOCALI aksiyası başladı
Aksiya təşkilatçıları fevralın 26-da baş tutacaq “Qalatasaray” – “Çelsi” oyununda adı çəkilən faciənin 1 dəqiqəlik sükutla yad edilməsi tələbi ilə çıxış ediblər. Bu məqsədlə onlar UEFA-nın və “Qalatasaray” komandasının e-mail ünvanlarına müraciət göndəriblər: “Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 26-ı keçiriləcək “Qalatasaray” – “Çelsi” qarşılaşmasında 26 fevral Xocalı soyqırımının anım günü Türkiyəli futbolçular meydana qollarına qara lent bağlayaraq çıxsınlar və oyun başlamazdan əvvəl Xocalı faciəsində həlak olanların ruhu 1 dəqiqəlik sükutla yad edilsin”.
Başqa bir aksiyada isə Xocalı soyqırımı haqqında məlumatın əks olunduğu ingilis dilində müraciət hazırlanıb. Müraciətdə Xocalı soyqırımının il dönümü haqqında məlumat verilir və xahiş edirlir ki, UEFA-nın fevralın 25 və 26-da keçiriləcək oyunlarında soyqırım yad edilsin və faciəni əks etdirən fotolar nümayiş olunsun.
Bu müraciəti hər bir vətəndaş UEFA-nın aşağıdakı ünvanına göndərə bilər:
Ünvanlanan email- [email protected] mövzu-KHOJALİ. Hello UEFA, We are from Azerbaijan.As you know the Champions league`s 1/8 final first leg competition will be held on 25th and 26 th february.That day is also 22nd anniversary of Khojali.In 1992 on 25th-26th february armenian troops occupied Khojali and killed hundreds of innocent people. We want that on 25th and 26th february during Zenit – B.Dortmund, Olympiakos – Manchester United, Galatasaray – Chelsea and Schalke – Real Madrid competitions Khojali tragedy will be remembered in a moment`s silent and the pictures of Khojali will be demonstrated on the screen.We hope that you will carry out our wishes.Whole the world must have information about this genocide...Thanks!
Fatimə Kərimli
Teqlər: