Büdcədə neftin qiyməti 40 dollardan götürüldü

  Büdcədə neftin qiyməti 40 dollardan götürüldü
  21 Dekabr 2020    Oxunub:2277
2021-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 40 ABŞ dolları olması nəzərdə tutulub.

Azvision.az xəbər verir ki, bu barədə gələn ilin büdcə layihəsində qeyd olunub. Bu göstərici 2020-ci illə müqayisədə 5 ABŞ dolları və ya 14,3 % çoxdur.
Məlumata görə, pandemiya fonunda dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənliklər, eləcə də dəyişkən neft qiymətləri nəzərə alınaraq ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb, bu əsasda, ortamüddətli dövr üçün icmal vədövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülüb.

Azvision.az


Teqlər: Neft   Büdcə  





Xəbər lenti