Azad olunan ərazilərin bərpasına 2,2 milyard manat xərclənəcək

 Azad olunan ərazilərin bərpasına 2,2 milyard manat xərclənəcək
  21 Dekabr 2020    Oxunub:2203
İşğaldan azad olunan ərazilərdə böyük qayıdışın təmin edilməsi məqsədilə gələn ilin dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitin məbləği açıqlanıb.

Azvision.az xəbər verir ki, bu barədə 2021-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunub.
Məlumata görə, işğaldan azad olunan ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Azvision.az


Teqlər: Büdcə   Vəsait   Qarabağ  





Xəbər lenti