Büdcədən İpoteka Fonduna 87,5 milyon manat ayrılacaq

Büdcədən İpoteka Fonduna 87,5 milyon manat ayrılacaq
  23 Dekabr 2020    Oxunub:1358
Gələn il büdcədən İpoteka və Kredit Zəmanət Fonduna ayrılacaq vəsait müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.

Əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi üçün 2021-ci il dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 87,5 milyon manat (güzəştli ipoteka kreditlərinin verilməsi üçün 81 milyon manat, sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün 6,5 milyon manat) yönəldiləcək.

Azvision.az


Teqlər: Büdcə   Fond  





Xəbər lenti