Marqvelaşvili İçərişəhərdə təndir çörəyi yedi - FOTO+VİDEO

Marqvelaşvili  İçərişəhərdə təndir çörəyi yedi - FOTO+VİDEO
  13 Fevral 2014    Oxunub:1599
Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkəmizdə iki günlük səfəri çərçivəsində İçəri Şəhərlə tanış olub.

AzVision.az xəbər verir ki, ali qonağı “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev qarşılayıb. O, Bakının qədim hissəsinə olan diqqət və qayğıdan danışaraq,
Samir Nuriyev gürcü liderə Qız Qalası barədə məlumat verib. Qız Qalasında görülən təmir işlərindən danışıb.

Kiçik Qala küçəsində elektromobillərlə davam etdirilən gəzinti zamanı ali qonağa “Arxeoloji Park”, Bakı Xanlarının Sarayının qalıqları, Qoşa Qala Qapıları və Qala Divarları barədə məlumat verilib. Təndir çörəyinə qonaq edilən Georgi Marqvelaşvili eyni zamanda təndir çörəyinin hazırlanma prosesi ilə də tanış olub. Kiçik Qala küçəsində gəzinti Qala Divarının bərpa olunmuş hissəsinə qədər davam edib, ali qonağa Qala Divarları, onların bərpası layihəsi və ətrafında aparılan abadlaşdırma və konservasiya işləri barədə danışılıb.

Gürcüstanın dövlət başçısı Bakının tarixi mərkəzi ilə tanışlığa Qədim şəhərin dünya əhəmiyyətli abidəsi olan Şirvanşahlar Saray kompleksi ilə davam edib, daha sonra isə Məhəmməd məscidini ziyarət edib.

Sonda Georgi Marqvelaşvili fəxri qonaqlar kitabında öz ürək sözlərini yazıb. Ali qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub.

Marqvelaşvili daha sonra İçəri Şəhərdə bişirilən təndir çörəyindən yeyib.




Teqlər:  





Xəbər lenti