Ən çox satılan smartfonlar

Ən çox satılan smartfonlar
  13 Fevral 2014    Oxunub:1393
Mobil qurğular bazarının tarixində ilk dəfə olaraq 2013-cü ildə smartfonların satış həcmi adi telefonların satışını ötüb keçib. Ötən il 2012-ci illə müqayisədə 42,3 faiz çox – 968 milyon smartfon satılıb. Bu qurğular dünya üzrə mobil telefon satışının 53,6 faizini təşkil edib.
Ekspertlərin sözlərinə görə, smartfon bazarının artımı əsasən Latın Amerikası, Yaxın Şərq, Afrika, Asiya-Sakit okean regionu və Şərqi Avropa ölkələrinin hesabına təmin olunub. Ayrı-ayrı ölkələr arasında ən çox smartfon satışı ilə bağlı artım Hindistanda qeydə alınıb. Digər regionlarla müqayisədə daha yüksək nəticə isə Latın Amerikasına məxsusdur.

2013-cü ildə əməliyyat sistemlərinin reytinqinə görə “Android” 758,7 milyon satış ilə birinci yerdə, “iPhone” isə ikinci yerdə qərarlaşıb. Ötən ilin yanvar-dekabr aylarında istehlakçılar 151 milyona yaxın “iPhone” əldə ediblər. Üçüncü pillədə olan “Windows Phone” platforması smartfon satışının 3,2 faizinə nail olub ki, bu da 2012-ci illə müqayisədə 0,7 faiz çoxdur.

2013-cü ildə 83,3 milyon satışla “Samsung” smartfon bazarındakı liderliyini qoruyub saxlayıb. “Apple” 50,2 milyon “iPhone” sataraq ikinci, 16 milyon smartfon satışı ilə Çinin “Huawei” şirkəti isə üçüncü yerdə qərarlaşıb. Dördüncü yer uğrunda demək olar ki, eyni sayda smartfon satmış iki şirkət – “Lenovo” və “LG” mübarizə aparıblar.


Teqlər:





Xəbər lenti