Ermənistan “Olimpiya sülhü”nü yenə pozdu
Bildirilib ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, bir müddət əvvəl ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik qeyd etmişdi ki, Azərbaycan və Ermənistan prezidentləri Soçi Qış Olimpiya Oyunları dövründə atəşkəs rejiminə sadiq qalacaqlarını bildiriblər.
AzVision.az
Teqlər: