Novruz Məmmədovdan Qərbə Qarabağ etirazı
AzVision.az-ın məlumatına görə, N.Məmmədov özünün tvitter səhifəsində bildirib ki, bəzi ölkə rəhbərləri və rəsmiləri Qarabağ münaqişəsi ilə bağlı hərdən elə bəyanat verirlər ki, sanki BMT TŞ qətnamələrindən xəbərsizdirlər.
PA rəsmisi bundan əlavə ötən gün Qərb ölkələrini başqa sivilizasiya və mədəniyyətləri nəzərə almamaqda qınayıb. Bildirib ki, Qərbin böyük səhvi bir də odur ki, başqa sivilizasiya və mədəniyyətləri nəzərə almır.
Sevinc İltifatqızı