Oqtay Əsədov İrana gedəcək - Milli Məclisdən AÇIQLAMA

Oqtay Əsədov İrana gedəcək - Milli Məclisdən AÇIQLAMA
  14 Fevral 2014    Oxunub:976
Fevralın 18-19-da Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçiriləcək.

Milli Məclisin yaydığı rəsmi məlumatda bildirilir ki, iclasda iştirak etmək məqsədi ilə millət vəkilləri Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı bu gün İrana yola düşəcəklər.

Spiker Oqtay Əsədovun sözügedən tədbirdə iştirakı gözlənilsə də parlament sədrinin adının bu siyahıda qeyd olunmaması diqqət çəkir.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun AzVision.az-a verilən məlumata görə, spiker Oqtay Əsədovun da İrana getməsi gözlənilir:

“Oqtay müəllimin İran səfəri təxirə salınmayıb, sadəcə səfərin tarixi barədə dəqiq məlumat yoxdur”

Qeyd edək ki, Tehranda baş tutacaq sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, sədrliyin Sudandan İran İslam Respublikasına keçməsi və digər məsələlər daxil edilib.

Səfər fevralın 20-də başa çatacaq.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti