İsa Qəmbərin müavini niyə susur?

İsa Qəmbərin müavini  niyə susur?
  14 Fevral 2014    Oxunub:1589
Müsavat qurultay qərarı verdikdən sonra bir neçə partiya üzvü başqanlığa namizəd olacağı bəyan edib. Namizədlər arasında partiya funksionerləri Arif Hacılı, Arzu Səmədbəyli, Qubad İbadoğlu və digərlərinin adları hallanır. Nədənsə partiyanın mətbuatla sıx təmasları olan başqan müavini Gülağa Aslanlının namizədlər siyahısında adı qeyd olunmur.

Mayda keçirilməsi nəzərdə tutulan qurultayda Gülağa Aslanlı başqanlıq seçimlərinə qatılacaqmı?

AzVision.az-a açıqlamasında o, hələlik bu barədə bir söz deyə bilməyəcəyini, zamanı çatanda danışacağını bildirib.

G.Aslanlı susmaq mövqeyində olduğunu deyib: “Müsavat Partiyasına qurultay keçirilməsi üçün yer verilməyənə qədər bu haqda danışmayacağam. Bu məsələ ilə bağlı fikrimi bildirməyəcəyəm. Yer verliləndən sonra danışacam”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti