Deputat qaz problemini qaldırdı, spiker irad tutdu

Deputat qaz problemini qaldırdı, spiker irad tutdu
  14 Fevral 2014    Oxunub:1591
Milli Məclisin plenar iclası davam edir. AzVision.azxəbər verir ki, iclasda çıxış edən millət vəkili Qənirə Paşayeva bakıda yeni tikilən binalara qazın verilməməsi məsələsinə toxunub. O bildirib ki, həmin vətəndaşlar parlamentə müraciət edərək xahiş ediblər ki, yeni tikilən binalara qaz verilsin.

Deputat qeyd edib ki, qazın verilməsi orada yaşayan insanların günahı deyil: “Onlar da bildirib ki, binaya köçmək üçün icazə verilib, ona görə də onlar orada yaşayırlar. Həmin binalarda su, elektrik enerjisi olsa da qaz verilmir. Bu da onların büdcələri üçün də böyük problem yaradır. Bu məsələlərə aydınlıq gətirmək lazımdır. “Azəriqaz”da məsələyə aydınlıq gətirməlidir”.

Deputatın sözlərinə görə, bu məsələdə tikinti şirkətləri də məsuliyyət daşıyırlar: “Onlar bir binanı təhvil vermədən ikinci binanı tikirlər. Hesab edirəm ki, parlament yeni binalara qaz verilməsi məsələsini həll etmək üçün əlindən gələn dəstəyi göstərəcək”.

Oqtay Əsədov da Qənirə Paşayevaya öz iradını bildirib. O qeyd edib ki, keçən iclas da bu məsələyə toxunub və onun özü bu məsələyi araşdırıb.

“Həmin binaların 70%-də tüstü bacaları yoxdur. Həmin binalara qazı verək, qəfildən parltlayış baş versə, buna kim cavab verəcək? Bundan başqa həmin binalara qaz verilməsi üçün binanın 70% dolması lazımdır. Əsas məsələ həmin binalarda tüstü bacalarının olmasıdır.

O.Əsədov onu da əlavə edib ki, əgər binalar təhvil verilməyibsə, əhali oraya köçməməlidir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti