Parlamentdə casus məsələsi müzakirə edildi

Parlamentdə casus məsələsi müzakirə edildi
  14 Fevral 2014    Oxunub:1662
Millət vəkili Zahid Oruc parlamentin bugünki iclasında jurnalist Eynulla Fətullayevin müxalifəti bir-birinə qatan məqaləsini müzakirəyə çıxarıb.

AzVision.az-ın məlumatına görə, millət vəkili bildirib ki, Eynulla Fətullayev yazısında Azadlıq radiosunun əməkdaşını casusluqda ittiham edib:

“Bizə aydındır ki, başqa ad altında kəşfiyyat məqsədilə gələnlər hakimiyyətə təzyiq edir. Bundan öncə də bir araşdırmada jurnalist NDİ nümayəndəsi Alex Qriqoryeviçi facebook vasitəsilə inqilab etməkdə ittiham etmişdi. Səfirliklər və müxtəlif dövrlərdə maraqları toqquşan dövlətlərdən Azərbaycana təzyiq müdaxilələr istənilir. Hökumət əleyhinə kəskin mövqe tələb olunur. Maqnitski qanunun işə keçməsi ilə müxtəlif məmurlarımıza təzyiq edirlər. Səfirliklər Azərbaycanın maraqları uğrunda mübarizə aparmalıdırlar”.

Spiker Oqtay Əsədov qeyd edib ki, onları bilmək üçün çox böyük iş etmək lazım deyil. Elə gündəlik qəzetləri oxuyun. O tip yazılara kim cavab verir görəcəksiniz . Amerika səfirliyinin Azərbaycanda bir nümayəndəsi Linsed o da buna oxşar fəaliyyətlə məşğul olurdu. Sonra Amerikaya getdi. Adını lady qoydular. Biz bu təsirlərə qarşı həmişə həssasıq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti