Beynəlxalq Enerji Agentliyi FES-dən şikayətlənir

Beynəlxalq Enerji Agentliyi FES-dən şikayətlənir
  16 Fevral 2014    Oxunub:1201
Beynəlxalq Enerji Agentliyi: Federal Ehtiyatlar Sisteminin hərəkətləri neftə tələbata mənfi təsir göstərir.
AzVision.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) məruzəsində deyilir ki, Federal Ehtiyatlar Sistemi (FES) tərəfindən stimullaşdırmanın məhdudlaşdırılması inkişaf etməkdə olan ölkələrin neftə tələbatının azalması amillərindən biridir.

BEA ekspertlərinin fikrincə, inkişaf etməkdə olan ölkələrin fond və valyuta bazarlarında mənfi dinamikanın səbəblərindən biri olan aktivlərin alınması proqramının icrasının ABŞ FES tərəfindən dayandırılması neftə tələbatın azalması ilə nəticələnmişdir.
BEA analitikləri qlobal neft bazarına dair fevral məruzəsində inkişaf etməkdə olan ölkələrin neftə olan tələbatına dair proqnozlarını azaldıblar.

Yeni hesablamalara görə, 2014-cü ilin birinci rübündə “emerging markets” tərəfindən tələbat gün ərzində gözlənildiyindən 80 min barrel aşağı olacaq.

FES tərəfindən stimullaşdırmanın məhdudlaşdırılması inkişaf etməkdə olan bazarların aktivlərinə marağın xeyli azalmasının səbəblərindən biridir.

Məruzədə deyilir: “2014-cü ilin birinci rübündə inkişaf etməkdə olan ölkələr tərəfindən neftə tələbat biznesin dəyəri artdığından mənfi təsirə məruz qalıb. Bir çox ölkələr milli valyutalarının zəifləməsinin qarşısını almaq üçün faiz dərəcələrini artırmalı olublar”.

OPEK-in fevral məruzəsində ABŞ FES tərəfindən likvidliyin məhdudlaşdırılmasının özünü neftə tələbatın azalmasında büruzə verən mənfi nəticəsi də vurğulanır.

AzərTAc


Teqlər:





Xəbər lenti