Özünü yandıran qadınla bağlı rəsmi məlumat
Hadisə ilə bağlı izahat vermiş Quliyeva Mətanət Məmmədhüseyn qızı hüquq-mühafizə orqanlarına bildirib ki, anası Şəfiqə Quliyeva onunla birlikdə hadisə olan mənzildə yaşayır, anası uzun müddət epilepsiya-qıc olma və ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkir, son zamanlar onda psixi pozuntu müşahidə olunur və anası bir neçə dəfə xəstəliyinə görə özünü öldürəcəyini ona bildirib.
Həmçinin Mətanət Quliyeva 18.02.2014-cü il tarixdə atasının qəbrini ziyarət etmək üçün anasını evdə tək qoyub getdiyini, bir müddət sonra qonşular ona zəng vuraraq anasının özünü yandırması barədə məlumat verdiklərini izahatında bildirib.
AzVision.az
Teqlər: