Elman Mehdiyev vətəndaşları qəbul edib
DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumat görə, qəbulda iştirak edən vətəndaşların Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Sumqayıt şəhər şöbəsinə aparılıb-gətirilmələri təmin olunub.
Fondun məsul əməkdaşlarının, Sumqayıt şəhər, Qubadlı, Xızı və Qobustan rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 50-dən çox vətəndaşın müraciətinə baxılıb. Onlar əsasən pensiyaların hesablanmasının bir sira hüquqi aspektləri, güzəştli sərtlərlə əmək pensiyasının təyin edilməsi və stajla bağlı məsələlərə görə müraciət ediblər. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və DSMF-nin sədri Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün Fondun şəhər və rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.
Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib. Fond sədri bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağını söyləyib.
Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayaraq, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, vətəndaşların qəbulu, onların müraciətlərinə həssaslıqla yanaşılması və haqlı tələblərinin təmin edilməsi, bütün dövlət təsisatlarının ən başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib. Ayrı-ayrı bölgə sakinlərinin mütəmadi olaraq yerlərdə qəbul edilməsi, onların müraciətlərinə baxılaraq, dərhal konkret qərarların qəbul olunması geniş ictimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır.
AzVision.az
Teqlər: