Fərhad Əliyev Bakıya qayıtdı

Fərhad Əliyev Bakıya qayıtdı
  20 Fevral 2014    Oxunub:2046
Həbsdən çıxandan sonra Böyük Britaniyaya yollanan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycana qayıdıb. Məlumatı “Media forum” saytına Fərhad Əliyevin yaxınları verib.

Yaxınları bildiriblər ki, sabiq nazirin səhhəti yaxşıdır, hər hansı problemi yoxdur, Bakıda istirahət edir.

2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Keçmiş nazir həbsdən çıxdıqdan bir müddət sonra Londona getmişdi. Londonda onun oğlu təhsil alır.


Teqlər:





Xəbər lenti