Bankar “qara bazar” yaradacaq - EKSPERT

Bankar “qara bazar” yaradacaq - EKSPERT
  24 Fevral 2014    Oxunub:1355
“Bank sektorundakı son dəyişikliklərdən əslində daha çox faydalanan da məhz lombardlardır. Əslində, öncədən bəlli idi ki, Mərkəzi Bankın inzibati islahatları ya Lombardların fəaliyyətinə geniş imkanlar yaradacaq, ya da banklar özləri “qara bazar” formalaşdıracaqlar”.
AzVision.az-ın məlumatına görə, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov lombardların fəaliyyətinə münasibət bildirərkən deyib.

“Bizim ofisin yaxınlığında, daha dəqiqi Füzili meydaninin ətrafında divara ağ-qara printer ilə çap edilmiş və üzərində “Lombard” sözü və bir daha aşağı istiqaməti göstərən bir kağız yapışdırılıb. Bu kağız binanın qaranlıq zirzəmisinin ofisin kimi istifadə olunduğunu göstərir. Bu ofis Lombarddır. Təəssüf ki, Bakının belə qaranlıq zirzəmilərində özünə məkan tapan Lombardlar yağışdan sonra artan göbələkləri xatirlatsalar da əslində bu heç də iqlim dəyişikliklərilə deyil, burbaşa Mərkəzi Bankın bank sektorundakı sərtləşdirmə addımları ilə əlaqədardır. Azərbaycanda 2011-ci ildə 600 lombard fəaliyyət göstərirdisə indi onların sayı dörd rəqəmlə ifadə edilir. Bankların kütləvi kreditləşməni,demək olar, dayandırması kredit axtaran vətəndaşları ya lombardlara, ya da sələmçilərə üz tutmağa vadar edib.

Bank sektorundakı son dəyişikliklərdən əslində daha çox faydalanan da məhz lombardlardır. Əslində, öncədən bəlli idi ki, Mərkəzi Bankın inzibati islahatları ya Lombardların fəaliyyətinə geniş imkanlar yaradacaq, ya da banklar özləri “qara bazar” formalaşdıracaqlar. Banklar hələlik belə bazar formalaşdırmağa tələsməsələr də lombardlar artıq, demək olar, təngənəfəs olublar.

Təbii ki, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanırlar. Amma məsələ heç də, göründüyü kimi sadə deyil.

Əvvəlla, banklardakı “kredit böhranı” lombardlarin təklif etdiyi borclar üzrə faizləri artırmasına gətirib çıxarıb. Səbəb da sadədir: kütləvi kedit təklif edən bank yoxdur, tələb isə yüksək olaraq qalmaqdadır. Lombardlar isə bu tələbdan yararlanmağa çalışırlar. Təbii ki, İstehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pullara tələbatın kəskin artması müşahidə edilir. Yanvar ayının yekunları göstərir ki, lombardların aylıq faiz dərəcələrində 1-1.5 % artım var. Bu isə o deməkdir ki, artıq lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40%-dən artıqdır.

İkincisi, lombardlarda girovun qiymətləndirilməsi mexanizmi yoxdur. Məsələn, bu xidmət 3000 manatlıq kredit təklif edən zamanı ən azı 5000 manatlıq qızıl-zinnət əşyalarını girov kimi tələb edilər. Bu isə o deməkdir ki, yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir. Aydındır ki, əgər faizləri nisbətən aşağı olan kommersiya bankarlarına əhalinin qaytara bilmədiyi borc 1 milyard dollardan çoxdursa və son 1 ildə 10 faiz artım olubsa deməli, “lombard borclarında” da vəziyyət ürəkaçan deyil. Bu isə o deməkdir ki, götürdüyü pulu və ya onun yüksək faizlərini geri qaytara bilmədikdə vətəndaş bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirən girovundan da olur.

Üçüncüsü, zirzəmilərdə və ya balaca qaranlıq otaqlarda məskunlaşan lombardlar istənilən zaman itə və ya yerlərini dəyişə bilirlər. Bu baxımdan, bu sahədə xidmətin davamlılığı və təminatı ilə bağlı ciddi risklər qalmaqdadır.Vətəndaşlar bahalı girovlarını lombarda təqdim edir, pul götürür və müəyyən ödənişlər də edir, amma müəyyən müddətdən sonra lombardın ofisi bağlanır və təbbi ki, sonradan onu tapmaq və girovu geri almaq əsl problemə çevrilir. Son zamanlar, vətəndaşlardan pul alıb yoxa çıxan lombard sahibləri barədə açılan cinayət işləri də məhz bundan xəbər verir.

Dördüncüsü, lombardların fəaliyyətinə nəzarətin zəif təşkil edilməsi vətəndaşların risklərdən sığortalanmasına imkan vermir. 2002-ci ilədək lombardlar Maliyyə Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərirdilər. Lakin həmin ildən etibarən nazirliyin lombardlara nəzarəti aradan qaldırılıb. Amma həmin il qeyd olunan fəaliyyət növünü lisenziyalaşdırılması dayandırılaraq, nazirliyin siyahısından çıxarılıb. İndi hüquqi və fiziki şəxslərin sərbəst fəaliyyət növünə çevrilmiş lombardların fəaliyyəti Mülki Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Onlar yerli vergi idarəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayır və öhdəliyi sadəcə zamanında vergini ödəməkdir. Mülki Məcəllədə isə əşyanın lombard girovu təsbit edilirş Bu isə o deməkdir ki, hətta Mərkəzi Bank da lombardların fəaliyyətinə nəzarət həyata keçirmək səlahiyyətinə malik deyil.

Nəhayət, əgər kredit verən kommersiya bankların və hətta bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı konkret tələblər varsa qanunvericikdə lombardlar üçün belə tələblər yoxdur. Bu isə o deməkdir ki, zirzəmidə bir balaca otaq icarəyə götürə bilsən və ağ-qara printerdən onun yerləşdirdiyi yeri göstərən kağız çap edin divara yapışdırmağı bacarsan o zaman əhalindən illərlə qənaət etdiyi pul hesabına aldıqları qızılları toplayib onlara yüksək faizlə borclar verə bilərsən və hətta dar məqamda başqa bir zirzəmidə gizlənməyə da macal tapacaqsan”.

AzVision.az


Teqlər:  





Xəbər lenti