Məhsul istehsalı 57,7 milyarda çatdı
2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10 faiz artımı müşahidə olunub, bu sektorun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlib. Ümumi daxili məhsulun 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb.
Bitkiçilik məhsulları istehsalı 4,2 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4,9 faiz artıb.
Əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 milyard manata, hər nəfərə düşən məbləği isə 6,6 faiz artaraq 4039,6 manata çatıb. Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.
Teqlər: