Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobilləri 24 faiz, say nisbətində isə 580 ədəd azalıb. Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.
Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başlayacaq `Avro-4` ekoloji standartına keçidi ilə izah edilir. `Avro-4`-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır.