Bill Qeytsin pulunu balta kəsmir - Forbes

Bill Qeytsin pulunu balta kəsmir - Forbes
  04 Mart 2014    Oxunub:1447
O yenə də dünyanın ən zəngin adamı oldu.
“Forbes” jurnalının versiyasına görə, ABŞ-ın “Microsoft” texnoloji korporasiyasının həmtəsisçisi Bill Qeyts 76 milyard dollarlıq var-dövləti ilə ən varlı milyarder statusunu özünə qaytarıb. Bu barədə nəşrin yenilənmiş illik reytinqində deyilir.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, korporasiya həmtəsisçisi liderliyi dörd il əvvəl itirib. Ötən il "Forbes” tərəfindən dünyanın ən varlı milyarderi Meksikanın media maqnatı Karlos Slima seçilsə də, 2014-cü ilin reytinqində o, 72 milyard dollarla ikinci yerdə qərarlaşıb.

Üçüncü yeri bir il əvvəl olduğu kimi var-dövləti 64 milyard dollar təşkil edən “Inditex” şirkətinin sahibi ispaniyalı Amansio Orteqa tutub. Maliyyə dünyasında məşhur olan Uorren Baffet 58,2 milyard dollarla dördüncü yerdəki mövqeyini qoruyub. Ondan sonrakı yerə “Oracle” şirkətinin təsisçisi və baş direktoru Larri Ellison (48 milyard dollar) sahib çıxıb.


Teqlər:





Xəbər lenti