ABŞ-nin dövlət borcu öz rekordunu yeniləyib

   ABŞ-nin dövlət borcu öz rekordunu yeniləyib
  25 Noyabr 2024    Oxunub:344
Ameriaknın dövlət borcu 36 trilyon dolları ötərək bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb.
AzVision.az ABŞ-nin Maliyyə nazirliyinin hesabatına istinadən xəbər verir ki, statistikanın açıqlandığı son gün – noyabrın 21-də dövlət borcunun həcmi təxminən $36, 035 trilyon olub.

Qeyd edək ki, ABŞ-nin dövlət borcu federal hökumətin kreditorlardan götürdüyü borcdur. Kreditorlar Amerika vətəndaşları və ya pərakəndə xarici investorlar, habelə dövlətlər və böyük fondlar kimi fərdi şəxslər ola bilər.

ABŞ-nin dövlət borcu iki hissəyə bölünür: dövlət daxili və publik borclar. Daxili borc müxtəlif dövlət qurumlarına, məsələn, pensiya fondlarına borcdur. Bu, ümumi borcun təxminən 20%-ni təşkil edir və noyabrın 21-nə 7,3 trilyon dollar civarında olub.

Publik borc özəl qurumlara, fiziki şəxslərə və xarici dövlətlərə olan borcdur. Bu, dövlət borcunun qalan 80%-ni və ya noyabrın 21-nə təxminən 28,7 trilyon dollar təşkil edir.

Vaşinqton dövlət istiqrazlarını buraxmaqala borc alır. ABŞ Xəzinədarlığı tərəfindən verilən qiymətli kağızlar ölkənin birjalarında açıq bazarda satılır, ona görə də hər kəs onları ala və bununla da Amerika xəzinədarlığına dəstək ola bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   borc   rekord  





Xəbər lenti