Mikayıl Cabbarovun görüşü təxirə salındı

Mikayıl Cabbarovun görüşü təxirə salındı
  04 Mart 2014    Oxunub:1096
Təhsil Nazirliyi Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarovun 17 mart tarixində Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərini qəbulu vaxtında dəyişiklik edilib. Bildirilib ki, təhsil naziri Mikayıl Cabbarov 11 mart saat 11:00-da Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının qərargahında Goranboy, Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 5, 6 və 7 mart tarixlərində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Teqlər:





Xəbər lenti