Mərkəzi Bankdan “Bank of Baku” haqda AÇIQLAMA

Mərkəzi Bankdan “Bank of Baku” haqda AÇIQLAMA
  05 Mart 2014    Oxunub:1949
Mərkəzi Bank son günlərdə bəzi kütləvi informasiya vasitələrində “Bank of Baku” ASC haqda yer alan məlumatlara aydınlıq gətirib. Mərkəzi Bankın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Bank of Baku”un lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar reallğıa uyğun deyil.

-“Bank of Baku” ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur.

Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirir ki, “Bank of Baku” ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətə uyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyil.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti