Yaşayış binasında təhlükə aradan qaldırılıb

Yaşayış binasında təhlükə aradan qaldırılıb
  11 May 2021    Oxunub:2010
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının damında peyk antenasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər antenanı müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti