Azərbaycan neftinin qiyməti 66 dollara endi

Azərbaycan neftinin qiyməti 66 dollara endi
  20 May 2021    Oxunub:695
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 66,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 63,74 dollar olub.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,16 dollar ucuzlaşaraq 66,10 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti