Masallıda yeyinti faktı - Cinayət işi açıldı

   Masallıda yeyinti faktı -    Cinayət işi açıldı
  21 May 2021    Oxunub:1329
Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğuna vətəndaş müraciəti daxil olub.
Masallı rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilib ki, 2019-2020-ci illərdə işə götürülərək MKTİB-də ictimai işlərə cəlb edilmiş işçilərin bəziləri qismən işə gəlib, digər qismi isə ümumiyyətlə işə gəlməyib, nəticədə həmin əməkdaşlara cəmi 32 min manat məbləğində əməkhaqqı ödənilib. Bundan başqa, Birliyin aktından məlum olub ki, həmin qurumun balansında olan avtomobillərin 3 min 700 manat dəyərində ehtiyat hissələri əsassız silinib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərtəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcəkdir.

Azvision.az


Teqlər: Masallı   Prokurorluq  





Xəbər lenti