AQTA kiflənmiş kolbasalar aşkarladı

AQTA kiflənmiş kolbasalar aşkarladı
  21 May 2021    Oxunub:1145
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, Şamaxı şəhərində M. Rəsulzadə küçəsində yerləşən kolbasa məhsullarının saxlanıldığı anbarda yoxlama aparılıb.

Yoxlama zamanı anbarın ümumi vəziyyətinin istifadəyə yararsızlığı, qeyri-qənaətbəxş sanitar-gigiyenik vəziyyət, həmçinin istifadə müddəti bitmiş, istehsal və son istifadə müddəti göstərilməyən, kif və göbələklərlə sirayətlənmiş, üzərində istehsal və son istifadə tarixləri qeyd olunmamış məhsullar aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq məhsulların toxunulmazlığı təmin edilməklə saxlanca verilib. Araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti