Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı Elşad İbrahimov mayın 21-də şəhər ərazisində vətəndaşa məxsus fərdi yaşayış evindən ümumilikdə 10140 manat dəyərində müxtəlif qızıl-zinət və məişət əşyalarını oğurlayıb.
E.İbrahimov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azvision.az