Naxçıvanda təbii fəlakətin vurduğu ziyanın qarşılığı ödənilib

Naxçıvanda təbii fəlakətin vurduğu ziyanın qarşılığı ödənilib
  26 May 2021    Oxunub:831
Ötən ay muxtar respublikanın şəhər və rayonlarında əsən güclü külək bir çox sakinin evlərinin dam örtüklərini yararsız hala salıb.
Azvision.az -ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti tərəfindən aprelin 10-da baş verən təbii fəlakətdən zərər çəkən bölgələrdə araşdırmalar aparılıb, əhaliyə dəymiş ziyan hesablanaraq ödənilib.



Xidmətin əməkdaşları təbii fəlakət nəticəsində zərər çəkən 39 sakinin evinə baxış keçirib. Dəymiş zərərin miqyası dəqiqləşdirilərək qiymətləndirilib və 18 min 442 manat sığorta zərər ödənişi təmin edilib.

Qeyd edək ki, Dövlət Sığorta Xidməti tərəfindən aparılan sığorta növləri üzrə bu ilin ötən dövrü ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 204, könüllü sığorta üzər isə 480 nəfərə sığorta ödənişləri ödənilib.

Azvision.az



Teqlər: Naxçıvan   Sığorta  





Xəbər lenti