Dörd ayda 4002 cinayət işi məhkəmələrə göndərilib

Dörd ayda 4002 cinayət işi məhkəmələrə göndərilib
  26 May 2021    Oxunub:851
2021-ci ilin yanvar-aprel ayları ərzində respublika ərazisində fəaliyyət göstərən istintaq qurumları tərəfindən istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilən cinayət işlərinin sayı açıqlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ötən 4 ay ərzində respublika ərazisində fəaliyyət göstərən istintaq qurumları tərəfindən istintaqı yekunlaşdırılan 4 002 cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti