“Pandemiyanın idarə olunması həmrəylik tələb edir” - Teymur Musayev

“Pandemiyanın idarə olunması həmrəylik tələb edir” -  Teymur Musayev
  26 May 2021    Oxunub:1420
74-cü Ümumdünya Səhiyyə Assambleyası öz işinə başlayıb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 24 may-1 iyun tarixləri arasında virtual şəkildə baş tutan Assambleyanın mövzusu hazırkı pandemiyaya son qoymaq və növbəti pandemiyaların qarşısını almaq: daha sağlam, daha təhlükəsiz və ədalətli bir dünyanı birlikdə qurmaqdır.

Assambleyada Ümumdünya Səhiyyə Təşkilatına üzv bütün dövlətlər iştirak ediblər. Azərbaycan da tədbirdə çıxış edən ölkələr arasındadır.



Sessiya zamanı Azərbaycan Respublikasının Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev salamlama nitqində Qoşulmama Hərəkatına sədrliyin 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına həvalə edildiyini Assambleya iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, pandemiyanın idarə olunması, effektiv tədbirlərin görülməsi, milli, regional və beynəlxalq əməkdaşlıq, həmrəylik tələb edir.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan hökuməti tərəfindən pandemiya ilə mübarizədə həyata keçirilən uğurlu siyasət barədə ətraflı məlumat verilib.



Həmçinin COVID-19 peyvəndinin ölkələr üzrə qeyri-bərabər paylanmasının pandemiya ilə mübarizədə yaratdığı çətinliklər də qeyd olunub.

Çıxışının sonunda Teymur Musayev dünya sivilizasiyasının ən qiymətli aktivi olan insan sağlamlığının qorunması sahəsində dünya ölkələrinin birgə səylərini artıracağına inamını ifadə edib və konfransın işinə uğurlar arzulayıb.

Azvision.az


Teqlər: Ümumdünya   Səhiyyə   Assambleya  





Xəbər lenti