Azad edilmiş ərazilərin bərpası büdcədə prioritet olacaq

   Azad edilmiş ərazilərin bərpası büdcədə prioritet olacaq
  08 İyun 2021    Oxunub:1024
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri növbəti illərin dövlət büdclərinin də prioritet məsələsi olacaq.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, deputatların səsləndirdiyi yeni təkliflər bir çox hallarda əlavə vəsaitlərin ayrılması ilə bağlı olur:

“Əlavə vəsaitlərin ayrılması dövlət büdcəsinin real imkanları əsasında baş verir. Bununla yanaşı sosial müdafiə, milli müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı xərclər ön plana çəkilir. Növbəti illərdə də bu yanaşma tətbiq olunacaq. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri növbəti illərin dövlət büdclərinin də prioritet məsələsi olacaq. Millət vəkillərinin sorğuları da diqqət mərkəzindədir və müvafiq cavablar verilir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Maliyyə   Nazir   Samir-Şərifov  





Xəbər lenti