Müharibə əlillərinə yeni güzəştlər tətbiq olunacaq

   Müharibə əlillərinə yeni güzəştlər tətbiq olunacaq
  08 İyun 2021    Oxunub:891
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəmədə verilən iddialar, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Müharibə   Əlil   Güzəşt  





Xəbər lenti