Nazirlikdən yenilik - plastik kartlar dəyişilir
kartlar yeniləri ilə əvəz olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, tenderin şərtlərinə uyğun olaraq hazırlanmış yeni plastik ödəniş kartları ünvanlı yardım təyinatı aparılmış vətəndaşlara bank müəssisələri tərəfindən şəxsən təqdim ediləcək. Bu tədbir əvvəllər mövcud olmuş çatışmazlıqların aradan qalxmasına, təyin olunmuş yardımı almaq üçün verilən plastik kartların məhz aztəminatlı ailələrin özlərində olmasına gətirib çıxaracaq.
1 fevral tarixinə respublikada 135 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Ünvanlı sosial yardım alan ailələrin siyahısı Nazirliyin www.mlspp.gov.az adlı rəsmi internet saytının ön səhifəsində yerləşdirilib.
AzVision.az
Teqlər: